Menu

“Daha çox yuxuya ehtiyacım var” – Baydenin sözləri qubernatorları məyus etdi

05.07.2024, 12:46
“Daha çox yuxuya ehtiyacım var” – Baydenin sözləri qubernatorları məyus etdi

ABŞ Prezidenti Co Bayden Demokrat qubernatorlarla görüşdə daha çox yuxuya ehtiyacının olduğunu və artıq axşam saat 8-dən sonra tədbirlər keçirməyi planlaşdırmadığını deyib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “CNN” nəşri özəl mənbələrə istinadla məlumat yayıb.

Məlumatda qeyd olunub ki, noyabrda keçiriləcək prezindent seçkilərinə az bir müddət qalmış Baydenin belə bir fikir səsləndirməsi qubernatorları həm qəzəbləndirib, həm də məyus edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol