Menu

İranda prezident seçkilərində aşağı seçici fəallığı - Hökumət mediası vəziyyəti gizlədir + VİDEO

05.07.2024, 14:18
İranda prezident seçkilərində aşağı seçici fəallığı - Hökumət mediası vəziyyəti gizlədir + VİDEO

Bu gün səhər saat 08:00-dan etibarən İranda 14-cü prezident seçkilərinin ikinci turu üçün səsvermə prosesi başlayıb.

"AzPolitika"  xəbər verir ki, İranın hökumət mediasından fərqli olaraq sosial şəbəkələrdə paylaşılan videolar əhalinin səsvermədə iştirakına marağının zəif olduğunu göstərir.

Bununla bağlı “HadafAzadi” “Telegram” kanalı videolar və fotolar paylaşıb. İranın bir çox şəhər və kəndlərində təşkil edilən seçki məntəqələrinin boş qalması da bunu təsdiqləyir.

Qeyd olunur ki, əhali öz etirazını seçkilərə qatılmayaraq göstərməyə çalışır.

"AzPolitika.info"


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol