Menu

UEFA türk futbolçu ilə bağlı qərarını açıqladı - SKANDAL

05.07.2024, 20:38
UEFA türk futbolçu ilə bağlı qərarını açıqladı - SKANDAL

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa çempionatının son 16 turunda Avstriya ilə matçda “bozqurd” işarəsi göstərdiyi üçün “ay-ulduzlular”ın futbolçusu Merih Demirala 2 oyunluq cəza verib.

“AzPolitika” xəbər verir ki, UEFA İntizam Komitəsinin Merih Demiralın bu hərəkətini “qeyri-münasib davranış” kimi qiymətləndirib.

"Türkiyə Futbol Federasiyasının futbolçusu Merih Demiralın ümumi davranış prinsiplərinə əməl etmədiyi, əsas qaydaları pozduğu, futbol tədbirini idmandan kənar nümayişlər üçün istifadə etdiyi, futbol idman növünün nüfuzuna xələl gətirdiyi üçün iki UEFA matçından uzaqlaşdırılmasına qərar verib",- deyə UEFA-dan bildirilib.

Qeyd edək ki, Merih 1/4 finalda Hollandiya ilə görüşü və Türkiyə növbəti tura keçəcəyi təqdirdə yarım-final matçını buraxmalı olacaq.

Əgər Türkiyə millisi finala qala bilsə, bu zaman Merih Demiral “ay-ulduzlu” formanı geyinə biləcək.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol