Menu

Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib

05.07.2024, 15:14
Türkiyə ordusu İraqda yeni əməliyyat keçirib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı “Pəncə-Kilit” bölgəsində yeni əməliyyat keçirib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, əməliyyat nəticəsində PKK terror təşkilatının doqquz üzvü öldürülüb.

Nazirlikdən bildirilib ki, terrorçuların ərazidəki bütün sığınacaqları dağıdılacaq, şəhidlərin qanı yerdə qalmayacaq: “Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol