Menu

İsveçrə və Aİ güclərini birləşdirir

06.12.2014, 20:10
İsveçrə və Aİ güclərini birləşdirir

Avropa İttifaqı və İsveçrə 5 dekabr 2014-cü il tarixində “Horizon 2020”nin bir hissəsi olan Euratom Təhsil Proqramı və ITER layihəsi üzrə birgə əməkdaşlıq müqaviləsi imzalayıblar.

Bu müqaviləyə əsasən İsveçrə digər Aİ üzvləri kimi layihəyə tam hüquqlu tərəf kimi qoşula biləcək və ümumulikdə, layihə büdcəsinə 400 milyon avro ödəyəcək. Bundan əlavə İsveçrə “Mükəmməl Elm” səviyyəsinə də üzv ola biləcək. Bu səviyyə özundə Avropa Tədqiqatlar Şurası, Gələcək və İnkişafda olan Texnologiyalar, Araşdırma İnfrastrukturları və Mari-Sklodovska-Küri Mərkəzlərini özündı birləşdirir.

Müqavilənin imzalanmasl ilə əlaqədar şərh verən Elm, Tədqiqat və İnnovasiyalar üzrə Avropa Komissarı Karlos Moedas “Bu müqavilə bizim gələcək elm və araşdırmalar sahəsində olan əməkdaşlığımızı çox gücləndirəcək. Aİ İsveçrənin uzunmüddətli araşdırma təcrübəsi ilə yaxndan tanış olacaq. Digər tərəfdən isə, İsveçrə Aİ-na qarşı olan öhdəliklərini daha yaxşı anlayacaq və əməkdaşlıq üçün böyük addımlar atacaq”, deyə bidlrib.

Müqaviləyə əsasən İsveçrə ilə əməkdaşlıq 15 Sentyabr 2014-cü ildən 31 dekabr 2016-ci ilə kimi qüvvədədir. 2016-ci ildən sonra müqavilənin müddətinin artırılması məqsədi ilə İsveçrə Xorvatiya elm adamlarına qarşı diskriminasiyanı dayandırmalıdır. Əks halda sözügedən əməkdaşlıq 2020-ci ilə kimi qüvvədə saxlanıla bilinməyəcək. /"eunews.az"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol