Menu

Ağ Ev Baydenin sağlamlığından getdikcə daha çox narahat olur

05.07.2024, 23:10
Ağ Ev Baydenin sağlamlığından getdikcə daha çox narahat olur

Ağ Evin aparatı və ABŞ Prezidenti demokrat Cozef Baydenin seçki qərargahı onun səhhəti və ikinci müddətə prezidentlik uğrunda mübarizəni davam etdirə bilməsi barədə getdikcə daha çox narahat olur.

“Report” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.

“Ağ Ev aparatının, Baydenin seçki kampaniyasının bir çox işçiləri, habelə demokrat vəzifəlilər prezidentin yarışmanı davam etdirə bilməyəcəyindən getdikcə daha çox narahat olurlar”, – məqalədə qeyd olunub.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-də növbəti seçkilər keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol