48 seçki dairəsindən 86 nəfər deputatlığa namizədlik üçün müraciət edib. İrəli sürülən namizədlərdən artıq 10 nəfər təsdiq olunub. Onlardan 2-nə imza vərəqləri verilib.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, onlar 450 imza toplamalıdır: “İmzaların toplanmasında problem olmamalıdır. Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”.


Şərhlər
Bir nəfərin bir neçə namizədə imza atmasın necə başa düşək?Deməli br ineçə namizədi istəyən şəxs ciddi adam deyil Velə halların baş verməsini MSK əvvəldən pıanlaşdrlıb ki.bu da saxtakrlığa yol açıqdır deməkdir..Müəllimlərin işdən çıxarılmaq qorxusu ilə seçkilər zamanı saxtakarlıq etməsi özü də ən böyük cinayət sayılmalı və bu məsələyə ciddi nəzarətin olması vacibdir.