Menu

AVRO-2024: Türkiyə yığması mübarizəni dayandırdı

07.07.2024, 01:01
AVRO-2024: Türkiyə yığması mübarizəni dayandırdı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında Niderland və Türkiyə yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Oyunun 35-ci dəqiqəsində Türkiyə millisinin futbolçusu Akaydın fərqlənib. Lakin qardaş ölkənin komandası bu hesabı sonadək qoruyub saxlaya bilməyib. 

Niderland millisinin üzvü Stefan De Vray 70-ci dəqiqədə bərabərlik qolunu vurub. 76-cı dəqiqədə isə Türkiyə yığmasının müdafiəçisi Mərt Müldür avtoqola imza atmaqla Niderlandın yarımfinala yüksəlməsində pay sahibi olub.

Qeyd edək ki, Niderland yığması yarımfinalda 1/4 finalın paralel görüşündə İsveçrəni məğlub edən İngiltərə millisi ilə qarşılaşacaq.

Şərhlər

Ramiz 2024-07-07 12:07:10

Türkiyə millisi oyunun ortalarından başlayaraq passivlik etməyə başladı və Hollandlar bundan istifadə etdi.Oyunçulatın yoröunluğu.zəifliyi və hərəktsizliyi oyunun 30-cu dəqiqələrindən başladı və sona qədər belə davam etdi.Beləiklə fiziki hazırlıqsızlıq Tüekitə komandasına məğlubiyyət gətirdi.bunu oyuna diqqətlə tamaşa edən hər kəs gördü.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol