Ötən gecə Sistan və Bəluçistan əyalətinin Təftan şəhərinin Dehpabid polis bölməsinə hücum edilib. Bununla bağlı "Haalvsh" "Telegram" kanalı video paylaşıb.
"AzPolitika" xəbər verir ki, hücuma görə məsuliyyəti sünni məzhəbli etnik bəluçların silahlı qruplaşması olan "Ceyş əl-Ədl" təşkilatı öz üzərinə götürüb.
Təşkilatın yaydığı bəyanatda hücum nəticəsində iki hökumət məmurunun öldürüldüyü bildirilib.
Rəsmi dövlət mediası hələlik bu barədə məlumat verməyib.
"AzPolitika.info"


Şərhlər