Ukrayna Milli Polisi Rusiyanın Ukrayna bölgələrini kütləvi atəşə tutması nəticəsində ilkun məlumatlara görə, 21 nəfərin öldüyünü 68 nəfərin yaralandığını bildirib.
“AzPolitika” xəbər verir ki, məlumatda Kiyev şəhəri, Kiyev vilayəti, Dnepr, Krivoy Roq və Donetsk vilayətləri ərazilərinin kütləvi atəşə tutulduğu qeyd edilir. Kiyevdəki məşhur uşaq xəstəxanasına hücum nəticəsində də ölənlər var. Uşaq xəstəxanasında 16 nəfər yaralanıb. Həlak olanlardan 7-si uşaqdır. 15 yaralı xəstəxanaya yerləşdirilib.
Qeyd olunur ki, Solomenski rayonunda çoxmərtəbəli bina qismən dağılıb, nəticədə 7 nəfər ölüb.
Ukrayna mediası yazır ki, bütün xidmətlər operativ işləyir və yerli əhali ilə birlikdə dağıntılar təmizlənir.

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk isə Rusiyaya bu gün mülki hədəflərə endirdiyi zərbəyə görə maksimum cavab veriləcəyini, qisas alınacağını vəd edib: “SBU düşmənin hər bir hərbi cinayətinə, o cümlədən Ukraynaya bugünkü hücumuna görə maksimum qisas almağı təmin etmək üçün mümkün olan hər şeyi edəcək. Bu cəza həm hüquqi, həm də mənəvi olacaq. Terror dövləti mücərrəd anlayış deyil. Qatillərin konkret adları var. Və heç bir şey onları ədalət mühakiməsindən xilas edə bilməz”.
“AzPolitika.info”


Şərhlər