Menu

Polşadakı ukraynalılardan ibarət hərbi birləşmə yaradılacaq

08.07.2024, 18:42
Polşadakı ukraynalılardan ibarət hərbi birləşmə yaradılacaq

Ölkəni tərk edərək Polşaya getmiş ukraynalılar Rusiya ilə müharibəyə cəlb olunacaq.

APA “Unian“a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O bildirib ki, tərəfdaşlar həmin məqsədlə yaradılacaq “Ukrayna legionu” adlı könüllü birləşməni silah-sursatla təmin edəcək. Daha sonra isə onun üzvləri Polşa ərazisində hərbi təlimlərə cəlb olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol