Rusiyalı oliqarxlar müharibə dövründə iqtisadi qeyri-müəyyənlik sabitləşdiyi üçün milyardlarla dollar dividend əldə ediblər.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Məlumata görə, onlarla iş adamı 2023-cü ildə və bu ilin birinci rübü ərzində 11,3 milyard dollardan çox dividend alıb. Onların bir çoxunun prezident Vladimir Putinlə yaxın əlaqələrinin olduğu bildirilir.
Qeyd olunur ki, siyahıya neft nəhəngi “PJSC”-nin keçmiş prezidenti Vahid Ələkbərov başçılıq edir. O, təqribən 186 milyard rubl (təxminən 2,11 milyard dollar) dividend alıb. Oliqarx Böyük Britaniya və Avstraliyanın sanksiyaları altında olsa da, indiyədək ABŞ və Avropa İttifaqının sanksiyalarına məruz qalmayıb.
Sonrakı yerləri “Severstal” PJSC-dən milyarderlər Aleksey Mordaşov və “Novolipetsk Metallurgiya Zavodu” PJSC-dən Vladimir Lisin tutublar. Mordaşov ABŞ, Böyük Britaniya və Aİ-nın sanksiyaları altındadır. Lisin isə heç bir ciddi məhdudiyyətə məruz qalmır. Siyahıda həmçinin Putinin milyarder müttəfiqi Gennadi Timçenko və Tatyana Litvinenko da var. Vladimir Litvinenko Putinin 1997-ci ildə doktorluq dərəcəsi aldığı Sankt-Peterburq Mədən Universitetinin rektorudur.
Jurnalistlər bildiriblər ki, ABŞ və müttəfiqləri 2022-ci ildə Rusiyaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edib, bir çox şirkəti qeyri-müəyyənlik səbəbindən dividend ödənişlərini dayandırmağa məcbur edib. Qeyd olunur ki, Rusiya iqtisadiyyatı tədricən yeni şərtlərə uyğunlaşdığı üçün bu özünü doğrultmadı.
“AzPolitika.info”


Şərhlər