Menu

NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Adı nazirliyin rəsmi saytından çıxarıldı

09.07.2024, 21:23
NAZİR MÜAVİNİ VƏZİFƏSİNDƏN AZAD EDİLDİ - Adı nazirliyin rəsmi saytından çıxarıldı

Fövqəladə hallar nazirinin müavini general-leytenant Ragim Əhəd oğlu Lətifov vəzifəsindən azad edilib.

“AzPolitika” "Qaynarinfo"ya istinadla xəbər verir ki, generalın adı artıq nazirliyin rəsmi saytından silinib.

FHN-də maliyyə məsələlərinə nəzarət edən Ragim Lətifovun rəhbərlik etdiyi dövrlə bağlı yoxlamalar aparılıb. Sabiq nazir müavininin işdən çıxarılmasının bu yoxlamalarla bağlı olduğu deyilir.

Qeyd edək ki, R.Lətifovun vəzifəsindən azad olunması ilə bağlı ilk məlumat fevral ayında yayılıb. Ancaq rəsmi olaraq təsdiqlənməyib. Yalnız 6 aydan sonra Fövqəladə Hallar Nazirliyinin saytında onun adı nazir müavinləri siyahısından çıxarılıb. 

Şərhlər

Mubariz 2024-07-09 19:18:14

K. Heydərov ,məni işdən çıxardın ,amma yeganə nazirsən ki ,iş bacaırsan ,həmişə həsəd apardım ,məim işdən getdiyim gün ,dediyin söz ,gücüm çatmadı ,Siz ağıllı və bacarıqlı insansın , işinizdə uğurlar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol