Menu

Premyer Liqa klubu heyətini yeni futbolçu ilə gücləndirib

09.07.2024, 18:55
Premyer Liqa klubu heyətini yeni futbolçu ilə gücləndirib

İngiltərə Premyer Liqa təmsilçisi "Lester" heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "tülkülər" İtaliyanın "Atalanta" klubunda çıxış edən Kaleb Okolini sıralarına cəlb edib.

22 yaşlı müdafiəçi ilə 5 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, italiyalı futbolçu "Atalanata"nın heyətində 17 görüşdə meydana çıxıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol