Menu

Bakının ən məşhur dönərxanası bağlandı

09.07.2024, 20:09
Bakının ən məşhur dönərxanası bağlandı

Qida Təhlükəsizliyi Agentliyinin istehlak bazarına nəzarət məqsədilə dönərxanalarda keçirdiyi monitorinqlər zamanı Bakı şəhəri, Nəsimi rayonu, L.Tolstoy və Bülbül küçələrinin kəsişməsində yerləşən, fiziki şəxs Bəhlul Sərvər oğlu Məmmədova məxsus "Avtoş Dönər" iaşə obyektində bir sıra nöqsanlar müəyyən olunub.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, yoxlama zamanı qida obyektinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi, həmçinin normativ tələblərin pozulduğu məlum olub. Müayinələrin aparılması məqsədilə müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim olunub.

Sınaq protokoluna əsasən, monitorinq zamanı götürülmüş bişmiş mal əti dönərində bağırsaq çöpü bakteriyası (E.Coli) aşkarlanıb.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub, iaşə obyektinin fəaliyyəti məhdudlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol