Menu

Kəlbəcərdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

10.07.2024, 08:12
Kəlbəcərdə iki avtomobil toqquşub - Xəsarət alanlar var

Kəlbəcər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qərb bürosunun məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1958-ci il təvəllüdlü Ə. İbadov və 2002-ci il təvəllüdlü E. Həsənli xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol