Menu

"Ukraynanın azı 128 F-16 qırıcısına ehtiyacı var" - Zelenski

10.07.2024, 10:13
"Ukraynanın azı 128 F-16 qırıcısına ehtiyacı var" - Zelenski

Ukraynanın Rusiya Silahlı Qüvvələrinə havada effektiv şəkildə müqavimət göstərməsi üçün azı 128 F-16 qırıcısına ehtiyacı var.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-də Ronald Reyqan İnstitutunda müsahibəsi zamanı deyib.

Onun sözlərinə görə, hazırda müttəfiqlərin Ukraynaya vəd etdiyi F-16-ların sayı cəbhədəki vəziyyəti kökündən dəyişdirə bilməyəcək: "F-16-larla bağlı problem onların sayı və tədarük tarixi ilə bağlıdır. Rusiya Ukraynaya qarşı əməliyyatlarda hər gün 300 təyyarədən istifadə edir".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol