Fevralda keçirilmiş sorğunun məlumatları ilə müqayisədə Ermənistanın KTMT-yə üzvlüyünü dəstəkləyənlərin sayı 10% azalıb, NATO-ya üzvlüyün tərəfdarları isə 7% artıb.
“AzPolitika” xəbər verir ki, bunu iyulun 10-da jurnalistlərlə görüşdə “Gallup” beynəlxalq tədqiqat mərkəzinin Ermənistan nümayəndəliyinin direktoru Aram Navasardyan bildirib.
O, qeyd edib ki, iyulda sorğuda iştirak edənlərin 44,3%-i Ermənistanın neytral ölkə olması və KTMT və ya NATO-nun üzvü olmaması tətəfdarıdır. 16,9%-i KTMT-yə üzvlüyün davam etdirilməsinin zəruri olduğunu, 29%-i isə Ermənistanın NATO-ya üzvlük üçün səy göstərməli olduğunu hesab edir.
Onun sözlərinə görə, respondentlərin 15,2%-i Ermənistanın mütləq düzgün istiqamətdə, 10,6%-i qismən düzgün istiqamətdə, 23,1%-i qismən yanlış, 28,5%-i mütləq yanlış istiqamətdə getdiyini düşünür.
Beləliklə, Nikol Paşinyanın başçılıq etdiyi Ermənistanın səhv yolla getdiyini düşünnənlərin ümumi sayı düz yolla getdiyini dsüşünənlərdən təxminən iki dəfə çoxdur. Respondentlərin 22,5%-i bu suala cavab verməkdə çətinlik çəkib.
“AzPolitika.info”


Şərhlər