Menu

Obamanın səhhətində problem yarandı

07.12.2014, 11:20
Obamanın səhhətində problem yarandı

ABŞ prezidenti Barak Obama şəxsi həkiminin göstərişi ilə ABŞ Silahlı Qüvvələrinin Uolter Rid adına Tibb Mərkəzinə müayinəyə gedib. “Reuters”in xəbər verir ki, ABŞ prezidentinin səhhətində problem yaranıb, o, boğaz ağrısından əziyyət çəkir.

“Prezidentin iş qrafikində sərbəst vaxtın olması nəzərə alınmaqla onun hospitala göndərilməsi qərara alındı. Bu göztərişi prezidentin şəxsi həkimi Ronni Cekson verib. Həkim prezidentin müayinədən keçməsini vacib bildi” - deyə Ağ Evin mətbuat katibi Coşua Ernest bildirib.

Bununla belə mətbuat katibi əlavə edib ki, B.Obamaya təxirəsalınmaz tibbi yardım göstərilməsi zərurəti yaranmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol