Menu

Üç ölkənin kəşfiyyat rəhbərləri Dohada – Bu gün atəşkəslə bağlı razılaşma əldə oluna bilər

10.07.2024, 15:09
Üç ölkənin kəşfiyyat rəhbərləri Dohada – Bu gün atəşkəslə bağlı razılaşma əldə oluna bilər

Bu gün Dohada Misir, ABŞ və İsrailin kəşfiyyat rəhbərlərinin iştirakı ilə Qəzzada atəşkəslə bağlı danışıqlar bərpa olunacaq.

“AzPolitika” “Röyter” agentliyinə istinadla xəbər verir ki, Misirin kəşfiyyat rəhbəri Abbas Kamelin başçılıq etdiyi nümayəndə heyəti atəşkəs razılaşmasının mümkün qədər tez əldə olunması üçün HƏMAS və İsrailin fikirlərini yaxınlaşdırmağa çalışacaq.

“Bir çox məsələlərdə razılıq var”, - deyən mənbə danışıqların cümə axşamı Qahirədə davam etdiriləcəyini bildirib.

“Röyter” öz anonim mənbəsinə istinadən qeyd edir ki, görüşdə İsrail kəşfiyyatının rəhbəri David Barnea da iştirak edəcək. İsrail Baş nazirinin ofisi agentliyin bu barədfə sorğusunu şərh etməkdən imtina edib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns də Dohada olacaq, “Röyter”-ə məsələ ilə bağlı məlumatlı mənbə bildirib.

Misir və Qətər İsraildə saxlanılan fələstinli məhbuslar müqabilində Qəzzada israilli girovların azad edilməsini təmin etmək üçün İsrail və “HƏMAS” arasında döyüşlərə son qoymağa ümid edir.

Danışıqların bərpası iyulun 4-də məlum olub. İndiyədək ikinci atəşkəsi təmin etmək üçün bütün cəhdlər uğursuzluqla nəticələnib. İsrail Qəzzada əməliyyatların davam etdirilməsi şərti ilə girovların azad edilməsində maraqlıdır və “HƏMAS” hərbi əməliyyatların tamamilə dayandırılmasını və İsrail qoşunlarının həmin ərazidən çıxarılmasını tələb edir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol