Menu

“Rusiya aktivləri müsadirə olunarsa...” – Səudiyyə Ərəbistanı G-7 ölkələrini hədələyib

10.07.2024, 20:27
“Rusiya aktivləri müsadirə olunarsa...” – Səudiyyə Ərəbistanı G-7 ölkələrini hədələyib

Səudiyyə Ərəbistanı G7 ölkələrini hədələyib.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Əl-Riyad Rusiya Mərkəzi Bankının Avropa İttifaq ölkələrindəki aktivləri müsadirə ediləcəyi təqdirdə Aİ-nin borc öhdəliklərinin bir hissəsini satacaqları ilə hədələyib.

“Bloomberg” mənbələrinə görə, bu barədə məlumat G7-nin bir neçə ölkəsinin nümayəndələrinə ötürülüb. Agentliyin iki mənbəsi qeyd edir ki, Fransa tərəfindən buraxılan istiqrazlar xüsusi qeyd olunub.

Bu ölkələr arasında Rusiya aktivlərinin taleyi ilə bağlı danışıqlar zamanı Ər-Riyadın mövqeyi G7-yə çatdırıla bilərdi. Qərbdə Mərkəzi Bankın təxminən 280 milyard dollarlıq aktivləri dondurulub, onların əksəriyyəti Avropa Birliyindəki hesablarda saxlanılır. Birləşmiş Ştatlar Aİ-ni Ukraynaya kömək etmək üçün bu vəsaitləri müsadirə etməyə çağırıb.

“AzPolitika.info”

Şərhlər

Oxucu. 2024-07-10 20:47:02

Yavaş-yavaş xoruzun quyruğu görsənir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol