Menu

“Ukrayna Rusiyanın dərinliklərini vurmalıdır” - Stoltenberq

11.07.2024, 11:01
“Ukrayna Rusiyanın dərinliklərini vurmalıdır” -  Stoltenberq

Ukraynanın Rusiya ərazisinə zərbə endirmək hüququ olmalıdır, çünki bu, özünümüdafiə hüququ ilə təmin edilir.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, bunun işğalçı müharibə olduğunu, Rusiyanın qonşusuna hücum etdiyini və beynəlxalq hüququ pozduğunu vurğulayıb: “Beynəlxalq hüquqa görə, Ukraynanın özünümüdafiə hüququ var, biz Ukraynaya silah və texnika, o cümlədən uzun mənzilli raketlər, xüsusən də ATACMS verməklə onun özünümüdafiə hüququnu həyata keçirməsinə kömək edirik”.

Stoltenberq ABŞ-nin Rusiya ərazisində uzaqmənzilli raketlərin istifadəsinə qoyulan məhdudiyyətləri azaltmaq qərarını alqışlayıb, çünki Rusiya yenidən Xarkov vilayətinə hücum edib və döyüşlər demək olar ki, bütün cəbhə xətti boyunca aparılmağa başlayıb.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Ukrayna Silahlı Qüvvələrinin ABŞ silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbələr endirməsinə qarşı olduğunu deyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol