Rusiyada zərərlə işləyən kömür müəssisələrinin payı 52 faizi ötüb, kömür ixracı isə 12 faiz azalıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Vedomosti” nəşri ”Rosstat”-a istinadən məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü ilin yanvar-aprel aylarında Rusiyanın kömür şirkətlərinin ümumi mənfəəti 14 milyard 300 milyon rubl təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15 dəfə azdır.
2023-cü ildə kömür sənayesində gəlirli müəssisələrin payı 67 faiz, 2022-ci ildə isə 79 faiz təşkil edib.
Gəlirlərin azalması aprel ayından bəri artmayan kömür ixracatının minimum qiymətləri ilə izah olunur. Dəmir yolu tariflərinin və limanlarda kömür yükləmə qiymətlərinin artması da 2024-cü ilin birinci rübündə kömür ixracının 12 faiz azalmasına səbəb olub.
Dövlət Şurası yanında Enerji Komissiyası hesab edir ki, 2024-cü ilin sonuna Rusiya kömür sənayesində itkilər 450 milyard rubl təşkil edə bilər.
Xatırladaq ki, 2022-ci ilin avqustunda Avropa İttifaqı ölkələri Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi ilə əlaqədar sanksiyalar çərçivəsində Rusiya kömürünün idxalından imtina ediblər. 2022-ci ilin aprelində Yaponiya da Rusiya kömür alışını dayandırıb.
“AzPolitika.info”


Şərhlər