Menu

"Bu qanunsuz həbs hakimiyyətin acizliyini göstərir"

07.12.2014, 11:47
"Bu qanunsuz həbs hakimiyyətin acizliyini göstərir"

Ədalət Partiyasının sədr müavini Etimad İsmayılov araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsinə münasibət bildirib. O, bu həbsin Prezident İlham Əliyevin imicinə xələl gətirəcəyini deyib.

E.İsmayılovun Moderator.az -a verdiyi açıqlamasını təqdim edirik:

"Xadicə Ismayılovaya münasibətim birmənalı olmasa da, hesab edirəm ki, onun qurama ittihamlarla həbsə atılması iqtidar mənsublarına başucalığı gətirmir. Prezident cənab İlham Əliyevə əlavə problemlər yaradır, beynəlxalq təzyiqlərə əsas verir, imicinə xələl gətirir. Eyni zamanda, bu qanunsuz həbs hakimiyyətin güclü yox, aciz olduğunu, opponentlərlə mübarizədə arqumentlərə yox, zorakılığa arxalandığını göstərir.

Məmləkətimizdə korrupsiya və dövlət talançılığının tüğyan etdiyi, mafiyanın açıq şəkildə fəaliyyət göstərdiyi halda hüquq-mühafizə orqanlarının cinayətkar maraqların icraçısı rolunda çıxış etmələri dövlətimizi sarsıdır, radikal qüvvələrin arqumentlərinə haqq qazandırır, dolayısyla onların formalaşmasına şərait yaradır".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol