Menu

Yaxın günlərdə Laçın şəhərinə növbəti köç olacaq

11.07.2024, 14:32
Yaxın günlərdə Laçın şəhərinə növbəti köç olacaq

Böyük Qayıdış proqramına əsasən Laçın şəhəri, Sus, Zabux və Qarıkaha kəndi tamamilə hazırdır.

"Report"un Laçına ezam olunmuş müxbiri xəbər verir ki, bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, kəndlər üzrə sakinlərin köçünün mütləq əksəriyyəti tamamlanıb:

"Laçın şəhəri üzrə köçün növbəti mərhələsi isə yaxın günlərdə həyata keçiriləcək".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol