Ötən gün ABŞ-nin 9 beyin mərkəzinin koalisiyası xəbərdarlıq edib ki, İran hökuməti bir neçə nüvə silahı istehsal etmək üçün lazım olan uranı cəmi bir neçə gün ərzində istehsal edə bilər.
"AzPolitika" xəbər verir ki, Vandenberq Koalisiyası, Demokratları Müdafiə Fondu, xarici siyasət ekspertləri və keçmiş hökumət rəsmilərindən ibarət iki beyin mərkəzi və daha yeddi araşdırma mərkəzinin birgə bəyanatında bunun qarşısının dərhal alınması və ABŞ-nin gələcək prezidentinin hərbi variantları nəzərdən keçirməli olduğu vurğulanır.
“Dünyanın diqqəti İsrail müharibəsinə yönəlib. 2024-cü ildə Amerikada prezident seçkilərinə qarşı Tehran davamlı və gizli şəkildə öz nüvə zənginləşdirmə fəaliyyətini və HƏMAS-a yardımını artırıb, bununla da növbəti illərdə birbaşa qarşıdurma ehtimalını da gücləndirib”,-deyə bəyanatda qeyd olunur.
"AzPolitika.info"


Şərhlər