Menu

Vahid Əhmədov imzatoplama kampaniyasını başa çatdırıb

13.07.2024, 11:55
Vahid Əhmədov imzatoplama kampaniyasını başa çatdırıb

VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov imzatoplama kampaniyasını başa çatdırıb. 

Bunu V. Əhmədovun köməkçisi Cahandar Şərəfli “AzPolitika”-nın sorğusuna cavab olaraq bildirib.

V.Əhmədov qeyd edib ki, imza vərəqələri hazırdır, həftənin ilk iş günü Dairə Seçki Komissiyasına (DSK) təqdim etməyi planlaşdırır.

Vahid Əhmədov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində 59 saylı Quba Seçki Dairəsindən müstəqil namizəd kimi iştirak etmək niyyətindədir.

“AzPolitika.info”

Şərhlər

Veteran 2024-07-13 23:07:18

Vahid müəllim Siz ləyaqətli KİŞİNİZ. Sizə uğurlar !

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol