Menu

“Ukraynalılar bunun üçün daha 75 il gözləyə bilməzlər” - Kuleba

13.07.2024, 15:59
“Ukraynalılar bunun üçün daha 75 il gözləyə bilməzlər” - Kuleba

Ukraynanın NATO-ya üzv olacağına dair vəd yerinə yetirilməlidir, lakin ukraynalılar bunun üçün daha 75 il gözləyə bilməzlər.

“AzPolitika” xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “CNN”-ə müsahibəsində deyib.

Nazir qeyd edib ki, son günlərdə Ukrayna bütün səviyyələrdə üzvlük yolunun çox ümidverici olmasına dair siqnallar görüb.

Kuleba əlavə edib ki, Ukraynanın NATO-ya üzvlüyü Avro-Atlantik regionda strateji təhlükəsizliyi və sabitliyi təmin etməyin yeganə yoludur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol