Menu

Son 6 ayda Rusiya ordusu 14 minə qədər hərbçi itirib – Yeni araşdırma

13.07.2024, 17:02
Son 6 ayda Rusiya ordusu 14 minə qədər hərbçi itirib – Yeni araşdırma

Rusiya ordusu son altı ayda Ukraynada ən azı 10-14 arası hərbçi itirib.

“AzPolitika” xəbər verir ki, bu məlumat könüllü araşdırmaçılar, BBC-nin rus xidməti və “Mediazona” nəşrinin jurnalistləri tərəfindən tərtib edilmiş birgə hesabatda qeyd olunub.

Hesabat açıq mənbələrdə dərc olunan məlumatlar əsasında hazırlanıb. Sənəddə yalnız açıq mənbədə adları və dəqiq dəfn olunduğu yer açıqlanan qurbanların adı çəkilir.

Jurnalistlər qeyd edirlər ki, Ukraynada həlak olan ümumilikdə 59 min 168 rus əsgərinin adını öyrənə biliblər. Ölənlərin faktiki sayının dəfələrlə çox ola biləcəyi güman edilir.

Qurbanların ən böyük kateqoriyası - təxminən 20 faizi isə müharibəyə cəlb edilmiş keçmiş məhbuslardır. Ölənlərin 14 faizi könüllülər, 12 faizi çağırışçılar olub.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol