Menu

"ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək" - Gürcüstanın Baş naziri

13.07.2024, 18:46
"ABŞ ilə münasibətlər 2025-ci ildə dəyişəcək" - Gürcüstanın Baş naziri

Gələn ilin əvvəlindən Gürcüstanla ABŞ arasında münasibətlər əhəmiyyətli dərəcədə dəyişəcək.

“Report” Gürcüstan bürosuna istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Gürcüstan “xarici agentlər” haqqında qanunu qəbul etdikdən sonra ABŞ viza məhdudiyyətləri tətbiq edib və Gürcüstandakı birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb.

“Əminəm ki, haradasa ilin əvvəlindən Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin inkişafı əhəmiyyətli dərəcədə dəyişəcək”, – Baş nazir bildirib.

O qeyd edib ki, iki ölkə arasında münasibətlərin sağalması və yenidən qurulması lazımdır və ABŞ-nin son qərarları buna kömək etmir.

Şərhlər

Mubariz 2024-07-13 19:53:37

Nə oldu ? Deyirdiz bizim daxili işimizə qarışırlar ,elə ki viza və maliyə məsələsi ortaya çıxanda əl-ayağa düşdünüz ,yalvarmağa başladız ,yəqin ruslar sizlərə atdı ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol