Menu

İsveçdə iğtişaşlar nəticəsində 11 nəfər saxlanılıb

07.12.2014, 20:56
İsveçdə iğtişaşlar nəticəsində 11 nəfər saxlanılıb

Ötən gecə Stokholm şəhərinin yanında 30 nəfərin iştirak etdiyi iğtişaşlar zamanı 11 nəfər saxlanılıb.

Trend TASS agentliyinə istinadan məlumat verir ki, saxlanılanların dindirilməsi gün ərzində baş tutacaq. Onlardan dördünün hələ 18 yaşı tamam olmayıb. Gənclər vandalizmdə ittiham olunurlar.

İğtişaşlar yerli məktəbin yığıncağında başlayıb. Hadisə yerinə polislər gələndə onların üzərinə yandırıcı maye və kərpiclər atıldı.

Polis hələ ki, iğtşaşların səbəbini axtarır. İştirak edənlərin çoxusunun maskada olduğundan söhbətin planlaşdırılmış aksiyadan getdiyi ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol