Menu

Azərbaycanda futbol matçı zamanı dava - Məşqçi döyüldü + VİDEO

15.07.2024, 00:11
Azərbaycanda futbol matçı zamanı dava - Məşqçi döyüldü + VİDEO

AFFA U-16 Liqasının yarımfinalı çərçivəsində keçirilən "Zirə"-"Neftçi" matçında xoşagəlməz hadisə yaşanıb.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər "Neftçi TV"nin canlı yayımında əks olunub.

Matçın 36-cı dəqiqəsində yerli azarkeşlər qonaq komandanın köməkçi məşqçisi İsmayıl Məmmədova hücum çəkərək, onu döyüblər.

Qeyd edək ki, İsmayıl Məmmədov Azərbaycan millisinin sabiq üzvüdür. Veteran futbolçu vaxtilə bir sıra aparıcı klublarımızda çıxış edib.

Həmin görüntüləri təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol