Menu

Rusiya kiçik bir kəndi tutduğunu elan edib

15.07.2024, 12:41
Rusiya kiçik bir kəndi tutduğunu elan edib

Rusiyanın Müdafiə Nazirliyi Ukraynanın cənub-şərqində kiçik bir kəndi tutduğunu bəyan edib. Bu, Rusiya qüvvələrinin Ukrayna ordusuna qarşı çətinliklə, mərhələli şəkildə irəlilədiyini göstərir.

Ukrayna rəsmiləri Rusiyanın iyulun 14-də səsləndirdiyi bu iddianı dərhal şərh etməyiblər. Urojaynoye Donetsk vilayətinin qərbində Mokrıye Yalı çayı boyunca yerləşən məntəqələrdən biridir.

Hazırda Ukrayna qüvvələri təxminən 1200 km-lik cəbhə xətti boyunca Rusiya hərbçilərinə müqavimət göstərir.

Hazırda Donetskdən şimalda yerləşən Toretsk keçmiş kömürçü şəhərində və şimaldakı Çasov Yarda ağır döyüşlərin getdiyi bildirilir.

Rusiyanın davamlı həmlələri qarşısında Ukrayna qüvvələri Donetsk vilayətindəki Çasov Yarın şərqindən çıxmalı olublar.

Rusiya mayın əvvəlində Xarkov vilayətinə hücuma başlayanda Ukrayna müdafiə xəttini sabitləşdirmək üçün bir çox təcrübəli birliklərini yenidən qruplaşdırmalı oldu. Bu isə bölüklərin tərkibini zəiflətdi, Rusiyanın yarmaq istədiyi cəbhə xəttində bəzi boşluqlara yol açdı.

Bu arada qızmar yay hər iki tərəfin qüvvələrinə təsirini göstərir. Ukraynanın bir çox şəhərlərində isə elektrik təchizatında mütəmadi fasilələr həyatı daha da çətinləşdirir. Rusiya raketləri elektrik şəbəkəsinə böyük ziyan vurub, qışadək şəbəkənin tamam çökə biləcəyi sarıdan narahatlıq var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol