Menu

Çeçenistanda tikintidə partlayış olub - 5 nəfər ölüb, 26 nəfər xəsarət alıb

15.07.2024, 15:21
Çeçenistanda tikintidə partlayış olub - 5 nəfər ölüb, 26 nəfər xəsarət alıb

Çeçenistanda tikintidə partlayış nəticəsində ən azı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.

APA xəbər verir ki, partlayış Başin-Kali kəndində tikinti meydançasında baş verib.

İlkin versiyaya görə, qaz balonu partlayıb.

Partlayış nəticəsində ən azı 5 nəfərin öldüyü, 26 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Zərbənin gücündən dağıntıların olduğu barədə də məlumatlar var.

Partlayışın səbəbi hələlik açıqlanmayıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol