Menu

"Fənərbağça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

16.07.2024, 22:35
"Fənərbağça" Cenk Tosunla iki illik müqavilə imzalayıb

"Fənərbağça" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, "sarı-lacivərtlilər" "Beşiktaş"dan ayrılan Cenk Tosunu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Fənərbağça" azad agent statusu ilə komandaya qoşulan türk forvardla 2 illik müqavilə imzalayıb. Futbolçu bu müddət ərzində 2,5 milyon avro maaş alacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol