Menu

Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 18 % azalıb

16.07.2024, 10:53
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 18 % azalıb

Bu ilin I yarısında Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 75,5 milyon manat vəsait yönəldilib ki, bu da bir il öncəki göstəricidən 18,4 % azdır.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, əsas kapitala vəsait qoyuluşunun 62 milyon manatı tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 1 il əvvəllə müqayisədə 12 % azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol