Donald Trampın senator Ceyms Devid Vensin vitse-prezident kimi namizədliyini elan etməsi həm ABŞ-də, həm də Avropada birmənalı qarşılanmayıb.
“AzPolitika” xəbər verir ki, bu mövzu ilə bağlı jurnalistlərin sualını cavablandıran Co Bayden Vensi “Trampın siyasi klonu” adlandırıb: “Trampın siyasi məsələlərdə klonu. Mən onların aralarında heç bir fərq görmürəm".
Xatırladaq ki, Tramp bazar ertəsi Ohayo ştatından olan 39 yaşlı respublikaçı senator Ceyms Devid Vensi vitse-prezidentliyə namizəd seçdiyini açıqlayıb. Sonuncu 2023-cü ilin yanvarından ABŞ Senatında işləyir. Vens 2 avqust 1984-cü ildə Ohayo ştatının Middletoun şəhərində anadan olub. O, ABŞ Dəniz Piyadaları Korpusunda xidmət edib, Ohayo Dövlət Universiteti və Yel Universitetini bitirib. Vens ardıcıl olaraq Vaşinqtonun Kiyevə silah tədarükünü dayandırmağı və Ukraynadakı münaqişəni tez bir zamanda həll etməyi müdafiə edir. O, “The New York Times” qəzetinə müsahibəsində bəyan edib ki, Ukraynaya neytral status verilməli, onun sərhədləri indiki vəziyyətdə dondurulmalıdır.
“AzPolitika.info”


Şərhlər
Trampın bu seçimi ,sui-qəsd şousundan sonra yığdığı xalların üstündən xətt çəkdi .Bayden bu Trampın seçimindən sonra sakitcə çəkiləcək ,yerinə keçəcək namizəd asanlıqla Trampı məğlub edəcək .Əgər bu Nəqliyyat və infrostruktur naziri cavan oğlan olsa Trampın heç bir şansı olmayacaq.Belə də bütün hallarda Trampın özünə oxşarını seçməsi onun məğlubiyyətinə rəvac verəcək