Menu

“Üç günə 500 imza topladıq” – Politoloq ilk mərhləyə yekun vurur

16.07.2024, 15:10
“Üç günə 500 imza topladıq” – Politoloq ilk mərhləyə yekun vurur

“Cəmi 3 gün ərzində 500 imzamızı topladıq, dəqiqləşdirmələr aparırıq”.

“AzPolitika” xəbər verir ki, bunu parlament seçkilərinə qatılan politoloq Elxan Şahinoğlu bildirib.

“Digər sənədlərin də hazırlanmasını növbəti bir neçə gün ərzində bitirərək, 119 saylı Ağdam Dairə Seçki Komissiyasına təhvil verəcəyik” – deyə, o, əlavə edib.

E.Şahinoğlu ona imza verən və imzatoplama kampaniyasında aktiv iştirak edən tərəfdarlarına minnətdarlıq edib.

Xatırladaq ki, ötən seçkilərdə 119 saylı Ağdam Seçki Dairəsindən YAP-ın siyahısı ilə Bəxtiyar Sadıqov mandat alıb. O, ard-arda 4 çağırış Milli Məclisin üzvü olub.

B.Sadıqvun 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində namizəd olub-olmayacağı məlum isə deyil. Çünki hakim partiya namizədlər siyahısını elan etməyib.

“AzPolitika.info”   

Şərhlər

Sabir Cəlilov 2024-07-16 17:43:43

3 gün ərzində ,yəni 72 saatda 500 imza inandırıcı deyil!eklə saxtakarlığın izi buradan görünür.esab edin,insan 3 gündə yatmalı,yeməli,tualetə getməli,görüş yerlətinə yetişməli.insanlarla söhbt aparlb onarı imza etməyə inandırmalı.imza vərəqələrini dolduraraq,onu imzalatmalıdır.Bu 3 gündə 500 nəfətrin imzasını almağa kimi inandırmaq olar? Yalanlardan haml bezib bir hakimiyyətdən və YAP-çılardan başqa!

Vətəndaş 2024-07-16 17:27:42

Bunlat insanların vaxtın alır.zəhləsini tökür,yalvarırlar.insanlar da it aparan olsun deyib imzal atır.Təkrar həmin insanlardan soruşan olsa deyətlət ki,bu adaı heç tanımıram və imza da mənim deyil.Belə deputatlığa namizəd olmur!Namizəd əmək kollektivləri.müəssisələr. İDARƏLƏR TƏRƏFİNDƏN İRƏLİ SÜRÜLMƏLİDİR.Bu oyunbazlıq saxtakarklıq mənbəidir.

Mubariz 2024-07-16 15:21:00

Politoloq istəyirsən 50 min imza topla ,Mirmahmud demişkən ,hakim kimin əlini qaldırsa o qalib olacaq .Bəlkə siz yuxarıların xeyir-duasını almısız ?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol