Menu

Bakı Dəniz Limanında işçi yıxılaraq ölüb

17.07.2024, 10:01
Bakı Dəniz Limanında işçi yıxılaraq ölüb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında bədbəxt hadisə baş verib.

"Report"un məlumatına görə, Limanda fəaliyyət göstərən şirkətlərin birinin anbarında çalışan Məmmədağa Məstanov iş zamanı yıxılaraq dəmir qapının arasında qalıb.

M.Məstanov aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol