ABŞ Prezidenti Co Bayden öz siyasəti ilə Rusiya və Çini yaxınlaşmağa sövq edib.
“AzPolitika” xəbər verir ki, bunu Amerikanın keçmiş lideri Donald Tramp deyib.
Tramp “Bloomberg”-ə müsahibəsində bir daha üçüncü dünya müharibəsi təhlükəsindən danışıb: “O, Rusiya ilə Çini “evlənməyə” məcbur etdi. Onlar artıq bir ailədir. Dünya hazırda təhlükəlidir. Bizim beş ay (Baydenin prezidentliyinin bitməsi tarixi nəzərdə tutulur-red.) dözməmiz lazımıdır. Düşünürəm ki, üçüncü dünya müharibəsi riski var”.
“AzPolitika.info”


Şərhlər