Məlum olduğu kimi, yenidən prezidentliyə namizədliyini irəli sürən keçmiş ABŞ prezidenti Donald Tramp şənbə günü Pensilvaniya ştatında keçirdiyi mitinqdə tərəfdarları qarşısında çıxış edərkən silahlı hücuma məruz qalıb və qulağından yaralanıb.
"Point Consciousness" sosial media hesabı tərəfindən hazırlanmış bir videoda Trampı hədəf alan güllənin trayektoriyası əks olunub.
Həmin videodan da görünür ki, Tramp son saniyədə başını çevirdiyi üçün güllədən yayına bilib. Qeyd olunub ki, əgər Tramp həmin an hərəkətsiz vəziyyətdə olsaydı, bu zaman güllə onun başına dəyəcəkdi.
Sosial şəbəkələrdə böyük marağa səbəb olan bu videonu izləyənlərin bir çoxu Trampın "möcüzə" nəticəsində sağ qaldığını bildiriblər.
"AzPolitika.info"


Şərhlər
Onecə güllədir ki o qədər adamın arasından min cür manevr edərək gəlib Donaldın heç harasına yox qulağına dəyibvə sadəcə sırğa deşiyi açıb. Yalandır.
Onecə güllədir ki o qədər adamın arasından min cür manevr edərək gəlib Donaldın heç harasına yox qulağına dəyibvə sadəcə sırğa deşiyi açıb. Yalandır.