Menu

“Ukrayna münaqişəsi yanvarda bitə bilər” – İvanişvili

17.07.2024, 13:31
“Ukrayna münaqişəsi yanvarda bitə bilər” – İvanişvili

Gürcüstandakı hakim “Gürcü Arzusu” partiyasının təsisçisi Bidzina İvanişvili hesab edir ki, Ukraynada münaqişə maksimum bir ildən sonra başa çatacaq.

“AzPolitika” xəbər verir ki, Gürcüstan mətbuatı onun seçki kampaniyasındakı çıxışını yayımlayıb.

İvanişvili deyib ki, Ukraynadakı müharibə uzağı bir ilə bitəcək və o bitən kimi, Gürcüstanın Qərblə münasibətləri normallaşacaq: “Bizim maksimum bir ilimiz var, bundan sonra qlobal və regional maraqlar dəyişəcək, Gürcüstanla bağlı maraqlar da dəyişəcək”.

İvanişvilinin sözlərinə görə, “ABŞ-də respublikaçılar prezident seçkilərində qalib gəlsələr, münaqişə gələn ilin yanvarında bitə bilər”.

O, əlavə edib ki, döyüşlər bitən kimi Gürcüstanın Avropa və Amerika ilə bütün anlaşılmazlıqları sona çatacaq. Onun fikrincə, bu vəziyyətdə Tbilisi Avropa ilə Asiya arasında körpüyə çevriləcək.

“AzPolitika.info”

Şərhlər

Mubariz 2024-07-17 13:44:02

Bisdə də bu ağılda adamlar var ,ümidlərini Trampa bağlayıblar ,əgər Tramp qalib gəlsə Baydenə şükr edəcəksiz .Amerikada hər şeyi Prezidentlər həll etmir .İvanaşvili seçki ərəfəsində xalqı inandırmaq istəyir ki biz avroatlantik məkandayıq ,ancaq artıq gecdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol