Azərbaycanda bu il sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Artıq seçkidə iştirak edən şəxslər hansı dairələrdən namizədliyini irəli sürəcəklərini elan edirlər.
"AzPolitika" xəbər verir ki, Lent.az-a açıqlama verən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı səhhəti ilə bağlı bu il parlament seçkilərində iştirak etməyəcəyini bildirib: "Bu il iştirak etməyəcəm. Səhhətimdə bəzi problemlər var. Ona görə namizəd olmamağı qərara aldım".
Partiya sədri qızı Günay Ağamalının namizədliyi ilə bağlı xəbərlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, qızı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub: "Bu il qızım seçkilərdə iştirak edəcək. Artıq namizədliyi təsdiq olunub. Qızım Günay Ağamalı 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən namizəd olub".


Şərhlər
Babadan balaya, baladan nəvəyə, nəvədən pişiyinə.... və sair və ilaxır..... Qanunverici orqan deyil e nağıldı vallahi billahi... Hər dəfə ümid edirik ki, bu dəfə düzələr. Amma betərdən də betər olur....
Ay fərzəli məhlim niyə iṣtirak elemirsən,dal ayağın ağrıyır?
Milli məclis ailəpodratı üsuluna keçib?Bir yandan Fəzail qızını yazdırır.o biri tərəfdən Rüsyəmxanlı xanımını,digər yandan kimlərsə eşq yaşadqlarını deputat yapmaq istəyir.....
Elə bil dədəsinin yeridir indi də verir qızına
kefdiye deyirəm özü gedir qızın qoyur yerinə elə bil şəxsi şirkətləridi
Partiyanda övladlarından başqa adam yoxdur ? Belə biabırçılıq ancaq Azərbaycanda olar ,hamı öz övladlarını soxuşdurur