Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Rus İcmasının sədri Mixail Zabelini yenidən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizəd göstərib. Qeyd edək ki, Zabelin I, II, II, IV, V, VI çağırş Milli Məclisin üzvü olub.
1946-cı il təvəllüdlü deputat hazırda 78 yaşındadır.
Qeyd edək ki, Zabelin müstəqillikdən əvvəl Azərbaycan SSRİ-i Ali Sovetinin XII çağırış deputatı da olub. Beləliklə, icma sədrinin əmək fəaliyyətinin azı 35 ili qanunverici orqanla bağlıdır.
Daha əvvəl Kommunist Partiyasının üzvü olan deputat, 1992-ci ildən Yeni Azərbaycan Partiyasına üzvüdür.
Mixail Yuriyeviç 1993-cü il martın 25-dən öz təşəbbüsü ilə Azərbaycanda Rus İcmasının yaradıb, qurum həmin il mayın 5-də Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alıb alıb. O, həmin vaxtdan indiyədək Azərbaycanda Rus İcmasının dəyişməz sədridir.
Rasim
“AzPolitika.info”


Şərhlər