Menu

Yevlaxda Kür çayından meyit tapılıb

18.07.2024, 21:43
Yevlaxda Kür çayından meyit tapılıb

Yevlax rayonunda Kür çayında meyit tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Kür çayını Yevlax rayon ərazisindən keçən hissəsində kişi meyti tapılıb.

Meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Araşdırma zamanı meyitin Şəmkir rayon sakini, 1972-ci il təvəllüdlü Pənahov Xaliq Vaqif oğluna aid olduğu məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, Xaliq Pənahovun yaxınları ötən ayın 17-dən onun itkin düşməsi ilə bağlı polisə məlumat verib və həmin şəxs itkin kimi axtarışda olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol