Menu

“Obama da Baydenin namizədliyindən narahatdır” – ABŞ nəşri

19.07.2024, 12:07
“Obama da Baydenin namizədliyindən narahatdır” – ABŞ nəşri

ABŞ-nin keçmiş prezidenti Barak Obama noyabrın 5-də keçiriləcək prezident seçkilərində hazırkı Prezident Co Baydenin şansının azaldığını, bu səbəbdən də namizədliyini gözdən keçirməli olduğunu bildirib.

“AzPolitika” xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb.

Nəşr qeyd  edib ki, Obama Baydenin namizədliyi ilə bağlı narahatlığını yaxın ətrafı ilə bölüşüb.

Bildirilir ki, Obamanı narahat edən nüans demokratlardan gələn telefon zəngləri olub. Məlumata görə, Baydenin sorğu anketlərində geriləməsi Obamanı bərk narahat edib.

“AzPolitika.ino”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol