Yalnız Rusiya ilə müharibə başa çatdıqdan sonra Zelenski Ukrayna prezidenti postunu tərk etməyə hazırdır.
“AzPolitika” xəbər verir ki, Volodimir Zelenski Ukrayna prezidenti vəzifəsindən istefa verə biləcəyini deyib. Lakin bu, yalnız müharibə başa çatdıqdan sonra baş verəcək. Bu barədə dövlət başçısı BBC-yə müsahibəsində danışıb.
Jurnalist ondan prezidentliyini davam etdirə bilməyəcəyi bir situasiyanın mümkünlüyü barədə soruşub. Ukrayna lideri cavab verib ki, bu, mümkündür: “Çünki biz hamımız insanıq".
Zelenski hakimiyyəti başqasına ötürə biləcəyini də qeyd edib, lakin bunun yalnız Rusiya ilə müharibə bitdikdən sonra baş verəcəyini vurğulayıb: "Biz müharibəyə son verməliyik. Biz onu (Vladimir Putini - red.) bitirməliyik. Hesab edirəm ki, bu, xalqımız və ölkəmiz üçün çox vacibdir".
Xatırladaq ki, Konstitusiyaya görə, 2019-cu ildə seçilən Zelenskinin səlahiyyətləri onun vəzifəyə başlamasından 5 il sonra başa çatmalı idi. Amma müharibə səbəbindən yeni dövlət başçısı seçkisi olmadı.
Rusiyanın genişmiqyaslı işğalı səbəbindən Ukraynada hər hansı seçkilərin keçirilməsini qadağan edən hərbi vəziyyət tətbiq edildi.
“AzPolitika.info”

Şərhlər