VI çağırış Milli Məclisə 112 saylı Zaqatala seçki dairəsindən mandat almış deputat, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev də dairəsini dəyişib.
“AzPolitika” xəbər verir ki, o, 116 saylı Qəbələ seçki dairəsindən namizədliyini irəli sürüb. 2020-ci il parlament seçkilərində bu dairədən mərhum deputat Fəttah Heydərov deputat seçilmişdi. O, 2021-ci ildə vəfat etdikdən sonra MSK yeni seçkilər keçirməyib.
12 saylı Zaqatala seçki dairəsindən isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Əsgərov Asif Yunis oğlunun namizədliyi irəli sürülüb.
Qeyd edək ki, YAP 116 saylı Qəbələ seçki dairəsindən prinspial namizəd verməyib.
Hakim partiyanın namizədi Tağıyeva Ədilə Əli qızı rayonda məktəb direktoru işləyir.
“AzPolitika.info”


Şərhlər
AzPolitika - Çingiz Qənizadədən bir xəbər yoxdu ? « Şöhrət » ordenli xanımların müraciyyətləri eşidilmədi ? Məndən demək onlar küsəyəndir ,küssələr heç vaxt barışmayacaqlar ,bəs bizim hüquqsuzluğumuzu kim qoruyacaq ?