Menu

Belarus Almaniya vətəndaşına ölüm hökmü çıxardı - Nədə günahlandırılır?

20.07.2024, 10:52
Belarus Almaniya vətəndaşına ölüm hökmü çıxardı - Nədə günahlandırılır?

Belarusda Almaniya Qırmızı Xaç Cəmiyyətinin əməkdaşı Riko Kriger ölüm cəzasına məhkum edilib. 

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya vətəndaşı terrorçuluqda ittiham olunur. 

“Reuters”-in yaydığı məlumata görə, Kriger Belarus Respublikası Cinayət Məcəlləsinin bir sıra ağır maddələri ilə təqsirli bilinib: “Odlu silahla bağlı qanunsuz hərəkətlər”, “nəqliyyat və ya rabitə vasitələrini yararsız hala salmaq”, “ekstremist birləşmə yaratmaq və ya onların tərkibində iştirak etmək”, “məxfi fəaliyyət” və “terror aktı”.

Bundan əvvəl Belarusun insan haqları mərkəzi Almaniya vətəndaşı Riko Krigerin Belarusda edam cəzasına məhkum edildiyi barədə məlumat yayıb. Həmin məlumata görə, Kriger 2023-cü ilin noyabrından həbsdədir və o, iyunun 24-də mühakimə olunub.

Krigerin işi Rusiyaya qarşı müharibədə Ukraynanın tərəfində vuruşan Belarus könüllü birləşməsi olan Kastus Kalinovski alayı ilə bağlıdır. Onun təxminən 30 yaşının olduğu məlumdur.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol