Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) ötən gün Kəlbəcərdə baş verən mina hadisəsindən sonra növbəti dəfə əhaliyə çağırış ünvanlayıb.
"Report" xəbər verir ki, çağırışda vətəndaşların təhlükəsizlik qaydalarına riayət etmələri, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmaları və bələd olmadıqları ərazilərə daxil olmamaları qeyd olunub.
Mina təhlükəsi ilə bağlı mütləq riayət edilməli qaydalar aşağıdakılardır:
Xatırladaq ki, iyulun 19-da Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina hadisəsi baş verib. Nəticədə, minaya düşən sakin və ona kömək etmək istəyən daha bir şəxs yaralanıb. Daha sonra hər iki yaralıya kömək etmək istəyən üçüncü sakinin əraziyə daxil olması ilə ikinci partlama baş verib və xəsarət alanların sayı üçə çatıb.


Şərhlər